Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi "Rosatom"la əlaqələrini genişləndirir

Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi "Rosatom"la əlaqələrini genişləndirir
# 11 noyabr 2015 13:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaranmış Milli Nüvə Tədqiqatları Mərkəzində Rusiyanın "Rosatom" dövlət korporasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qonaqlar Milli Nüvə Tədqiqatları Mərkəzinin infrastrukturu ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bundan başqa, nümayəndə heyəti rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilə görüşüb.

Nümayəndə heyətinin rəhbəri professor M. Litvinov "Rosatom"un "Atom sahəsində beynəlxalq əməkdaşlığın inkişafı" döş nişanını Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri akademik Adil Qəribova təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR