Çində şaxtada yanğın olub, 13 nəfər ölüb, 10 nəfər yaralanıb

Çində şaxtada yanğın olub, 13 nəfər ölüb, 10 nəfər yaralanıb
# 17 dekabr 2015 19:25 (UTC +04:00)

Bakı-APA. Çinin Lyaonin əyalətində dağ-mədən şirkətlərindən birinə məxsus şaxtada baş vermiş yanğın nəticəsində 13 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın axşam saatlarında şaxtada aparılan qaynaq işləri zamanı baş verib.

Hadisə zamanı şaxtada 23 fəhlə olub. Hadisə yerində əməliyyat qərargahı yaradılıb. Hazırda yanğın söndürülüb, yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR