Ermənistan prezidenti: Suriyadan ölkəyə 16 min erməni gəlib

Ermənistan prezidenti: Suriyadan ölkəyə 16 min erməni gəlib
# 26 sentyabr 2015 17:24 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə o qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı tədbirlərin əlaqələndirilməsi üzrə dövlət komitəsinin iclasında bildirib.

“Biz Suriyada davam edən toqquşmalardan və günbəgün daha da pisləşən humanitar vəziyyətdən narahatıq”, deyə Sarkisyan bildirib.

Sarkisyanın sözlərində görə, Ermənistan hakimiyyəti Suroya ermənilərinin problemlərini daim diqqət mərkəzində saxlayır: “Hələb şəhərində xarici ölkələrinin diplomatik nümayəndələrindən yalnız Ermənistanın baş konsulluğunun və paytaxt Dəməşqdə Ermənistan səfirliyinin indiyədək fəaliyyət göstərməsi buna sübutdur”.

Ermənistan prezidenti çıxışında böhran başlayandan Suriyadan ölkəyə 16 min erməninin gəldiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR