İranda Xomeyninin nəvəsinin Xobreqan Ekspertlər Məclisinə namizədliyi qeydə alınmayıb

İranda Xomeyninin nəvəsinin Xobreqan Ekspertlər Məclisinə namizədliyi qeydə alınmayıb
# 10 fevral 2016 12:56 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. İran İslam İnqilabının banisi, ayətullah İmam Xomeyninin nəvəsi Seyid Həsən Xomeyninin ölkənin Xobreqan Ekspertlər Məclisinə namizədliyi bir daha qeydə alınmayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Həsən Xomeyni özü “İnstagram” səhifəsində elan edib. Bundan öncə H. Xomeyninin oğlu Əhməd Xomeyni atasının namizədliyinin qeydə alınmadığı haqda xəbər yaymışdı.


Qeyd edək ki, İmam Xomeyninin nəvəsi Həsən Xomeyni Ekspertlər Məclisinə keçirilən seçkilərdə namizədliyini verəcəyini elan etsə də, sonradan namizədlik üçün keçirilən imtahanda iştirak etməyib. İmtahana qatılmadığı üçün onun namizədliyi qeydə alınmayıb.

Xobreqan Ekspertlər Məclisinə seçkilər fevralın 26-da - parlament seçkiləri ilə eyni gündə keçiriləcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR