Azərbaycan MN: Düşmənin pilotsuz uçan aparatı məhv edilib

Azərbaycan MN: Düşmənin pilotsuz uçan aparatı məhv edilib
# 07 dekabr 2015 16:15 (UTC +04:00)

Bakı - APA. Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat məhv edilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 6-da Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR