Türkiyə şirkəti "Qasırğa T-300" reaktiv sistemlərinin Azərbaycana verilməsini başa çatdırıb

Türkiyə şirkəti "Qasırğa T-300" reaktiv sistemlərinin Azərbaycana verilməsini başa çatdırıb
# 28 sentyabr 2016 09:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Türkiyənin "Roketsan" şirkəti aldığı sifariş əsasında "Qasırğa T-300" reaktiv sistemlərinin Azərbaycana verilməsini başa çatdırıb.

APA-nın məlumatına görə, həm 2015, həm də 2016-cı illərdə Azərbaycana "Qasırğa T-300" reaktiv sistemləri çatdırılıb.

Azərbaycana nə qədər "Qasırğa T-300" reaktiv sisteminin satıldığı açıqlanmır.

Qeyd edək ki, "Qasırğa T-300" sistemi 300 mm-lik raketlərlə təchiz olunub və 150 km məsafədə hədəfi vurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR