Goranboyda avtomobil piyadanı vurub

Goranboyda avtomobil piyadanı vurub
# 24 sentyabr 2016 07:47 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Göygöl rayon sakini, 1966-cı il təvəllüdlü Azər Qurbanov yolu keçmək istəyərkən VAZ markalı avtomobillə vurulub.

Sürücü xəsarət alan piyadanı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR