Elsevər Ağayev: "Bakıda keçiriləcək beynəlxalq yarışlarda üç müəssisədə lazımi tibbi xidmət göstəriləcək"

Elsevər Ağayev: "Bakıda keçiriləcək beynəlxalq yarışlarda üç müəssisədə lazımi tibbi xidmət göstəriləcək"
# 02 may 2016 09:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. "Bakıda keçiriləcək “Formula -1” yarışı və 17 yaşlı gənclər arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar müəyyən səhiyyə müəssisələri hazır vəziyyətə gətirilib, lazımi avadanlıqlar, dərman preparatları ilə təchiz edilib".

Səhiyyə nazirinin müavini Elsevər Ağayev APA-ya deyib ki, beynəlxalq tədbirlərdə 3 tibb müəssisəsində - Klinik Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi xidmət göstəriləcək. Beynəlxalq oyunlar üçün Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi hazır vəziyyətə gətirilib: “Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunun klinikasının nəzdində fəaliyyət göstərən yanıq mərkəzi hər zaman xəstələri qəbul etməyə hazır vəziyyətdə olur. Ancaq beynəlxalq yarışlar zamanı lazımi tibbi xidmətin göstərilməsi üçün Mərkəzi Neftçilər Xəstəxanasının həkimlərin təlimə göndərilib. Tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alınaraq, təcili tibbi yardım briqadaları da müəyyən kurslardan, təlimlərdən keçiblər”.

Nazir müavini əlavə edib ki, beynəlxalq tədbirlərin keçirilməsində səhiyyənin müəyyən təcrübəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR