Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Sentyabr
# 17 sentyabr 2016 18:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

ABŞ-da inflyasiya proqnozları kölgədə qoydu. İstehlakçı qiymətlərinin göstərici olan CPI indeksi iyul ayına nisbətdə artaraq, 0,2 faiz təşkil edib. ABŞ-ın Əmək Nazirliyinin açıqladığı statistikada illik qiymət artımının ümumi səviyyəsinin 1,1 faiz təşkil etdiyi qeyd olunub.

Analitiklərin əksəriyyəti inflyasiya səviyyəsinin aprel ayı üçün 0,1, ilin yekunlarına görə isə 1 faiz təşkil edəcəyini proqnozlaşdırırdı. İyul ayında Birləşmiş Ştatlarda istehlak mallarının qiymətləri iyuna nisbətdə demək olar ki, dəyişməyib, illik göstəricidə isə 0,8 faiz artıb. Enerji daşıyıcılarının dəyəri nəzərə alınmadan, ötən ay qida məhsullarının qiymətində iyul ayına nisbətdə 0,3 faiz artım müşahidə edilib. Mütəxəssislərin proqnozlarına görə, bu artımın illik göstərici üçün 2,2 faiz olacağı gözlənilirdi.

İnflyasiyanın tədricən artmasına səbəb olan amillər sırasında daha çox enerji daşıyıcılarındakı qiymət artımı, güclü valyuta sayılan dolların təsirinin azalması və əmək haqlarının artırılmasının adları çəkilir. Bir çox iqtisadçı və investorların Federal Ehtiyatlar Sisteminin 20-21 sentyabrda keçiriləcək iclası zamanı uçot dərəcələrini dəyişməz olaraq saxlayacağını proqnozlaşdırdığı bir zamanda inflyasiyanın sürətlənməsi cari ildə də dərəcələrin yenidən artırılacağını deməyə əsas verir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR