Misirdə baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Misirdə baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
# 15 oktyabr 2015 00:49 (UTC +04:00)

Bakı-APA. Misirdə Sinay yarımadasının şimalında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qəzza zolağı ilə sərhəddə yerləşən Əl-Əriş şəhərində qeydə alınıb.

Məlumata əsasən, partlayıcı qurğu məscid yaxınlığında, polis patrulunun keçdiyi yolda işə salınıb. Ölənlərdən biri polis əməkdaşı, digəri isə yoldan keçən piyadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR