Ağcabədidə narkotik bitki becərən şəxs tutulub

Ağcabədidə narkotik bitki becərən şəxs tutulub
# 13 avqust 2016 09:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ağcabədi rayonunda narkotik tərkibli bitki becərən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kəndində yaşayan Qamət Mehdiyevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR