Ceyms Uorlik Ermənistan XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib - YENİLƏNİB

Ceyms Uorlik Ermənistan XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib - <span style="color: red;">YENİLƏNİB
# 31 mart 2016 21:45 (UTC +04:00)

Bakı-APA. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşüb. APA-nın məlumatına görə, bu barədə Ceyms Uorlik özünün “Tvitter” səhifəsində yazıb.

Ceyms Uorlik Edvard Nalbandyanla görüşündən məmnun qaldığını bildirib. Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə edib.

**** 23.27

Bakı-APA. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə Ceyms Uorlik özünün “Tvitter” səhifəsində yazıb.

“Dağlıq Qarabağ münaqişəsinə dair növbəti addımları müzakirə etmək üçün bu gün Ermənistan XİN rəhbəri Edvard Nalbandyannla Vaşinqtonda görüşəcəyik”, - deyə Ceyms Uorlik qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR