ABŞ sərhədçiləri 1,5 ton kokain müsadirə ediblər

ABŞ sərhədçiləri 1,5 ton kokain müsadirə ediblər
# 08 oktyabr 2016 02:35 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın sərhəd xidməti Dominikan Respublikası sahillərində 1,5 tonluq kokain partiyasını müsadirə edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, külli miqdarda narkotik maddə daşıyan gəmi San-Pedro-de-Makoris şəhərindən 70 km aralıda saxlanılıb.

Məlumata əsasən, müsadirə olunan narkotik maddənin “qara bazarda” qiyməti 36 mln. dollar təşkil edir.

Gəminin göyərtəsində olan 4 Venesuela və Dominikan Respublikası vətəndaşı həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR