Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin sentyabrından 2016-cı ilin iyul ayına qədər Qazaxıstan Azərbaycan istisna olmaqla bütün buğda bazarlarına məhsul ixracını artırıb.
"APA-Economics" xəbər verir ki, 11 ay ərzində Qazaxıstandan Azərbaycana buğda ixracı 50% azalıb. Bu, Azərbaycanda buğda idxalına olan tələbin azalması ilə bağlıdır.