Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Sentyabr
# 05 sentyabr 2016 18:20 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

“Fərat qalxanı” əməliyyatı Suriya böhranının həllinə dair ilk ciddi təşəbbüs idi. İki həftə ərzində İŞİD-in Türkiyə sərhədlərindən uzaqlaşdırılması ən böyük nəticədir, amma yekun hədəf deyil. Türkiyə Suriya ərazisində nə qədər qalacaq və əməliyyatlar hansı nöqtəyə kimi davam edəcək sualı hələ də aktuallığını qoruyur. Hərbi nöqteyi-nəzərdən üstünlüyün saxlanması bölgənin əsas nəqliyyat qovşaqlarının mərkəzində yerləşən Əl-Bab məntəqəsi alınmalı, şimalda Menbiç, cənub-qərbdə Afrin PYD-dən təmizlənməlidir. Co Baydenin “PYD Fəratın sağ sahilinə çəkilməlidir” bəyanatını nəzərə alsaq, ABŞ buna ciddi etiraz etməyəcək. Açıqlamalar göstərir ki, ABŞ-ın əməliyyat bölgəsində baş verənlərlə bağlı qəti fikri yoxdur, Vaşinqton daha çox nəticələrə uyğun, yəni kimin üstün olacağına görə qərar verəcək. Afrin və Menbiç təmizlənərsə, Hələbə bitişik 5 min kvadrat kilometr ərazi Türkiyənin nəzarətinə keçmiş olacaq. Ankara burada bufer zona yaratmağı planlaşdırır. Bufer zona iki məqsədə hesablanıb. Birincisi, Hələbdə kütləvi qırğınların qarşısını almaq üçün mülki əhalini bu zonaya köçürmək mümkündür, ikincisi, Türkiyədəki suriyalı qaçqınların bir hissəsini azad edilmiş ərazilərə qaytarmaqla ölkə üzərindəki maddi ağırlığın bir hissəsini azaltmış olar. Eyni zamanda Türkiyə tanklarının Hələb divarlarına çatması çəkindirici faktordur, bu faktor irimiqyaslı qarşıdurmaların qarşısını ala bilər. Lakin bir problem var. Hələbin bir hissəsi Azad Suriya Ordusunun, digər hissəsi Əsəd qüvvələrinin nəzarətindədir. Türkiyənin Afrin və Menbiçdə uğurları Hələbdə Əsəd qüvvələrinin Azad Suriya Ordusunun mühasirəsinə düşməsi demək olacaq. Bu zaman Suriyanın himayədarları Türkiyəyə qarşı daha sərt mövqe qoya bilərlər. Bu mövqeni yumşaltmaq üçün ya Türkiyə Azad Suriya Ordusunun Hələbdə Əsəd qüvvələrinə hücumuna yol verməməlidir, ya da Rusiya və İranla sövdələşməyə getməlidir. Birinci ssenarinin baş tutma ehtimalı azdır, ikinci ssenari isə çox güman ki, “G-20” sammitində Ərdoğanın keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR