Elza Seyidcahanın şikayəti DSK-ya göndərilib

Elza Seyidcahanın şikayəti DSK-ya göndərilib
# 06 noyabr 2015 13:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.


APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, 54 sayı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Elza Qasımova (Seyidcahan) bir neçə seçki məntəqəsində pozuntuya yol verildiyini iddia edərək MSK-ya şikayət edib.

A. Muxtarova bildirib ki, şikayət aidiyyəti qaydalar pozulmaqla MSK-ya göndərilib və buna görə də baxılması üçün müvafiq dairə seçki komissiyasına təqdim olunmalıdır. MSK şikayətin DSK-ya göndərilməsi barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR