Bakıda evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
# 12 may 2016 14:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən pul və külli miqdarda qızıl oğurlanıb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xan Şuşinski küçəsi ev 70 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Səyyarə Əliyevanın evindən açar seçmə yolu ilə 270 manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR