Hacıqabul-Kürdəmir yolunun açılışı olub

Hacıqabul-Kürdəmir yolunun açılışı olub
# 30 dekabr 2015 08:26 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Bu gün Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurmadan sonra açılışı olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, açılış mərasimində “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov iştirak edib.

“Hacıqabul-Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə, I dərəcəli texniki dərəcəyə təkmilləşdirilməsi” layihəsinin icrasına 2011-ci ilin dekabr ayında başlanılıb. Layihə üzrə örtüyü polimer asfalt-beton olan yolun ümumi eni 27,5 metrdir. Hərəkət zolağının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr.

Yenidənqurma layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən hidravlik körpünün inşası həyata keçirilib. Bundan başqa yolda 19 ədəd yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd dairəvi suötürücü və 24 ədəd avtobus dayanacağı tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün yol boyu müvafiq yol nişanlarının quraşdırılması, yol cizgi xəttinin və yol göstərici xətlərinin çəkilişi aparılıb. Yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR