Kanada Hərbi-Dəniz Qüvvələri Karib dənizində qaçaqmalçılardan 10 ton kokain müsadirə ediblər

Kanada Hərbi-Dəniz Qüvvələri Karib dənizində qaçaqmalçılardan 10 ton kokain müsadirə ediblər
# 09 dekabr 2015 04:24 (UTC +04:00)

Bakı-APA. Kanada Hərbi-Dəniz Qüvvələri oktyabr-dekabr aylarında narkotrafiklə mübarizə üzrə həyata keçirilən “Karibbi” beynəlxalq əməliyyat çərçivəsində Karib dənizi akvatoriyasında qaçaqmalçılardan 10 ton kokain müsadirə ediblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Narkotiklər ABŞ Sahil Mühafizə Qüvvələrinin dəstəyi ilə “Whitehorse” и “Brandon” patrul gəmiləri tərəfindən ələ keçirilib”, deyə məlumatda bildirilir.

Narkotrafiklə mübarizə üzrə “Karibbi” beynəlxalq əməliyyat 2006-cı ildən keçirilir. Əməliyyatda Kanada, ABŞ, Fransa, Böyük Britaniya, İspaniya və Niderlandın Hərbi-Dəniz Qüvvələri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR