FHN-in əməkdaşı cüdo çempionatında mükafata layiq görülüb

FHN-in əməkdaşı cüdo çempionatında mükafata layiq görülüb
# 14 oktyabr 2015 12:28 (UTC +04:00)

Bakı - APA. Bakı Əl Oyunları Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər açıq çempionatı keçirilib.

APA-nın məlumatına görə, çempionatda 18 komanda və 215 iştirakçı mübarizə aparıb.

Yarışın baş hakim İbadulla Şabanov olub. Çempionatda Fövqəladə Hallar Nazirliyinin komandası da iştirak edib. Komandanın üzvü, Xüsusi Riskli Xilasetmə Xidmətinin çavuşu Zaur Tağıyev ağır çəkidə (100 kq-dan yuxarı) 3-cü yeri tutub.

Qeyd edək ki, komandanın məşqçisi Taleh Sadıqovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR