Göygöldə minik avtomobili traktorla toqquşub, 3 nəfər xəsarət alıb

Göygöldə minik avtomobili traktorla toqquşub, 3 nəfər xəsarət alıb
# 18 dekabr 2015 20:40 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə 3 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mollacəlili kəndinə gedən yolda qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Azər Mahmudovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə traktor toqquşub.

Qəza zamanı “VAZ”ın sürücüsü və avtomobildə olan iki nəfər, 1994-cü il təvəllüdlü Mənsur Əsgərov və 1997-ci il təvəllüdlü Şahmar Abdiyev müxtəlif xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. A. Mahmudovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki nəfərə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR