Bakıda avtomobil 70 yaşlı kişini vuraraq öldürüb

Bakıda avtomobil 70 yaşlı kişini vuraraq öldürüb
# 23 oktyabr 2015 07:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Əhməd Hüseynov idarə etdiyi “VAZ-2107” markalı, 90 ZR 584 dövlət nömrə nişanlı maşınla yolu keçən 70 yaşlı Eldar Heydərovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR