Əbülfəs Qarayev BMT baş katibinin müavini ilə görüşüb

Əbülfəs Qarayev BMT baş katibinin müavini ilə görüşüb
# 14 aprel 2016 12:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı -APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, naziri Ə. Qarayev Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətinə toxunaraq, ev sahibi ölkə kimi Azərbaycanın yüksək səviyyədə hazırlıq işləri gördüyünü diqqətə çatdırıb.

Görüşdə qeyd edilib ki, foruma ev sahibliyi edən ölkənin həmin ili BMT-nin Sivilizasiyalar Alyansının ideyalarına həsr etməsi alyansın tarixində ilk belə hadisədir.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin də qatıldığı görüşdə bir sıra digər maraq doğuran məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR