Avtobusla Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə daşınan sərnişinlərin sayı açıqlanıb

Avtobusla Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə daşınan sərnişinlərin sayı açıqlanıb
# 18 aprel 2016 19:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu ilin birinci rübündə avtobusla Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə daşınan sərnişinlərin sayı məlum olub.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi bu ilin ilk 3 ayı ərzində 4 avtobus vasitəsilə Bakıya 242 reys edildiyini, 7 min 120 sərnişin daşındığını, Bakıdan Naxçıvana gələn sərnişinlərin sayının isə 8 min 49 nəfər olduğunu açıqlayıb.

Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlayıb, fevralın 20-də bu istiqamətdə ilk reys baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR