Yaponiyada qasırğa nəticəsində zərərçəkənlərin sayı 67-yə çatıb

Yaponiyada qasırğa nəticəsində zərərçəkənlərin sayı 67-yə çatıb
# 23 avqust 2016 02:32 (UTC +04:00)

Bakı-APA. Yaponiyada tüğyan edən güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 67 nəfər zərər çəkib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Fukusima və Saytama prefekturalarının əraziləri su altında, elektrik xətlərinin qırılması nəticəsində 28 min ev işıqsız qalıb.

Yaponiyanın mərkəzi bölgəsində 500-dən çox aviareys ləğv edilib. Bir sıra ərazilərdə dəmir yol hərəkəti dayandırılıb. Tokio yaxınlığında yerləşən Hiqasimurayama bölgəsində elektrik qatarı relsdən çıxıb. 500 min nəfərdən çox şəhər sakininə evləri tərk etməmək tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR