"PAŞA Həyat" əmək qabiliyyətini itirən şəxsə 34 min manatdan çox ödəniş edəcək

"PAŞA Həyat" əmək qabiliyyətini itirən şəxsə 34 min manatdan çox ödəniş edəcək
# 15 aprel 2016 08:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “PAŞA Həyat” sığorta şirkəti “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə növbəti sığorta ödənişinin həcmini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, ölkədə fəaliyyət göstərən tikinti şirkətlərinin birində çalışan sığortalı işçi peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin 65%-ni itirib.

Sığorta olunan şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, zərərçəkmiş şəxsə ümumilikdə 34 320 manat həcmində sığorta ödənişinin verilməsi nəzərdə tutulub. Qeyd olunmuş vəsait 60 ay ərzində hər ay 572 manat olmaqla zərərçəkmiş şəxsə ödəniləcək.

Qeyd edək ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Azərbaycanın

ümumi sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat”ın cari ilin aprel ayının 1-nə

aktivlərinin həcmi 150 mln. manata yaxın, nizamnamə kapitalının həcmi isə 40,250 milyon manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR