İstanbulda polis “Zaman” qəzetinin redaksiyasında axtarış keçirir

İstanbulda  polis “Zaman” qəzetinin redaksiyasında axtarış keçirir
# 05 mart 2016 00:58 (UTC +04:00)

Bakı-APA. İstanbulda polis “Zaman” müxalifət qəzetinin ofisində axtarış keçirir. Bundan əvvəl polis redaksiya qarşısında toplaşan etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. APA-nın “Zaman”a istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı qəzetin bir neçə əməkdaşı və müxalifətdən olan bir neçə deputat xəsarət alıb.

Qeyd edək ki, ötən gün İstanbul məhkəməsi “Zaman” qəzetini idarə edəcək himayəçiləri təyin edib. Jurnalistlər bu qərarın qəzetin bağlanması ilə nəticələnəcəyini hesab edirlər.

Xatırladaq ki, fevralın 2-də “Koza-İpek” holdinqinə daxil olan “Kanaltürk” və “Bugün TV” telekanalları, “Bugün Gazetesi” və “Millet Gazetesi” nəşrləri, habelə “Kanaltürk Radyo” radiostansiyası fəaliyyətini dayandırıb. Holdinqin himayəçiləri rəsmi bəyanatda qeyd olunan KİV-lərin bağlanılmasını onların rentabelli olmaması ilə əlaqələndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR