“Bakcell” “Xalq Bank”ın pul köçürmə sistemindən istifadə edən abunəçilərinə pulsuz danışıq təklif edir

“Bakcell” “Xalq Bank”ın pul köçürmə sistemindən istifadə edən abunəçilərinə pulsuz danışıq təklif edir
# 30 dekabr 2015 08:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakcell” şirkəti “Xalq Bank” ilə birlikdə “Daha çox köçür, daha çox qazan!” adlı yeni kampaniyaya start verib.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən xəbərə görə, bu kampaniyanın məqsədi “Xalq Bank”ın potensial müştəriləri tərəfindən həyata keçirilən pul köçürmə əməliyyatlarını həvəsləndirməkdir.

Kampaniya bu ilin dekabrın 20-dən başlayıb. Kampaniyanın davam etdiyi müddətdə “Xalq Bank”ın filiallarında fəaliyyət göstərən “Western Union”, “Contact”, “Privat Money”, “Lider”, UPT, “Blizko”, “Monex” pul köçürmə sistemlərindən istifadə edən müştərilərə “Bakcell” mobil operatorundan danışıq dəqiqələri hədiyyə ediləcək.

“Xalq Bank”ın filiallarında qeyd olunan təcili pul köçürmə sistemləri vasitəsilə “Bakcell” abunəçiləri dünyanın 200-dən artıq ölkəsinə asanlıqla pul göndərmək və ya almaq imkanına malikdirlər.

“Xalq Bank”ın filiallarında təcili beynəlxalq pul köçürmə sistemləri vasitəsilə 100 manatdan 500 manata qədər təcili pul köçürməsi edən və ya alan “Bakcell” abunəçilərinin balansına pulsuz 10 danışıq dəqiqəsi yüklənir.

500 manatdan 1000 manata qədər pul köçürməsi edən və ya alan müştərilərə 20 dəqiqə bonus dəqiqələri verilir. Əgər pul köçürməsinin məbləği 1000 manatdan yuxarıdırsa, abunəçiyə “Bakcell” şirkətindən 30 pulsuz danışıq dəqiqələri hədiyyə verilir.

Bu kampaniya çərçivəsində, “Monex” pul köçürmə sistemi vasitəsilə 101 manatdan 500 manata qədər təcili pul köçürməsi edən müştərilərə 5 dəqiqə hədiyyə verilir. 501 manatdan 1 000 manata qədər təcili pul köçürməsi edən müştərilərə “Bakcell” şirkətindən 10 dəqiqə, 1001 manatdan yuxarı təcili pul köçürməsi edən müştərilərə isə 15 pulsuz danışıq dəqiqələri hədiyyə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR