Bakıda mənzilə basqın edən şəxs saxlanılıb

Bakıda mənzilə basqın edən şəxs saxlanılıb
# 03 fevral 2016 09:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzilə basqın edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail rayon Cinayət – Axtarış Şöbəsinin və 41-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Pavlovna Piskunun mənzilinin taxta qapısını sındırıb içəri daxil olaraq onu bıçaqla hədələyən və 21 manatını alan əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Rauf İsmayılov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR