Şabranda evdə yanğın olub, xəsarət alan var

Şabranda evdə yanğın olub, xəsarət alan var
# 30 iyun 2016 07:33 (UTC +04:00)

Bakı-APA. Bu gün Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli evin girişinin tavan hissəsi 2 kv.m sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamani 1 nəfər yanıq xəsarəti alıb və təcili tibbi yardım tərəfindən ona yerində ilkin tibbi yardım göstərilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR