Sumqayıtda təcili yardım avtomobili yanıb

Sumqayıtda təcili yardım avtomobili yanıb
# 07 avqust 2016 23:18 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı Təcili Tibbi Yardım avtomobilinin mühərriki və idarəetmə lövhəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR