Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 Fevral

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 Fevral
# 09 fevral 2016 17:15 (UTC +04:00)

YORUM...

Suriyada hazırda baş verənləri belə izah etmək olar: Əsəd ordusu Rusiya və İranın fəal dəstəyi ilə hücumdadır və Qərb, Türkiyə, ətrafındakı ərəb ölkələri də daxil olmaqla Səudiyyə tərəfindən dəstəklənən mötədil müxalifləri - Azad Suriya Ordusunu sıxışdırır.

Əsəd ordusunun Türkiyə sərhədlərinə çatması üçün 25 kilometr məsafə qalıb. Eyni zamanda Suriyanın hökumət qüvvələri Hələbi də ələ keçirməyə çalışır və irəliləyirlər. Türkiyə və ərəblər bundan ciddi narahatdır. Türkiyənin narahatlığı həm dəstək verdiyi müxaliflərin geriləməsi və Əsədin güclənməsi, həm də ölkəyə yeni qaçqın axını ilə bağlıdır.

Səudiyyə, Qatar və digər sələfi ərəblər də Əsədin və xüsusilə bölgədə İranın güclənməsindən ciddi təşviş keçirir. Avropa da yeni qaçqın dalğasından qorxur və onların qitəyə yeni axınının qarşısını almağa çalışır. Bu baxımdan onlar da yeni qaçqın dalğasının əmələ gəlməsində Rusiyanı günahlandırır.

ABŞ isə hələ ki məsələyə aktiv müdaxilə etmir, halbuki müttəfiqləri - ərəblər və Türkiyə Vaşinqtondan Rusiyaya "dur" deməsini israrla tələb edir və gözləyirlər. Rusiya və İran isə çalışırlar ki, mötədil müxaliflər tamamilə zəifləyərək əhəmiyyətsiz qruplara çevrilsinlər və danışıqlarda onların rəyi nəzərə alınmasın, ortada Əsəd və İŞİD qalsın ki, dünya seçim edəndə məcburən Əsədə üstünlük versin...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR