Rusiyalı diplomat: "Suriya danışıqlarında kürdlər də iştirak etməlidir"

Rusiyalı diplomat: "Suriya danışıqlarında kürdlər də iştirak etməlidir"
# 19 mart 2016 11:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Rusiya Suriya ilə bağlı danışıqlara kürdlərin cəlb edilməsində təkid edir, çünki onlar olmadan müxalifətin danışıqlarda tam tərkibdə təmsil olunması mümkün deyil”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Aleksey Borodavkin deyib.

O qeyd edib ki, hazırda danışıqlarda Hmeymimdə formalaşmış “Moskva qrupu”, “Qahirə qrupu”, Suriya qadınlarını təmsil edən qrup, habelə Ər Riyaddan olan müxalif qruplar iştirak edir: “Lakin tam inklüziv olmaq üçün suriyalı kürdləri də dəvət etməliyik. Biz əvvəlki kimi onların danışıqlarda iştirak etməsi üçün təkid edirik. Suriyalı kürdlər Suriya vətəndaşlarıdır və onların öz ölkələrinin taleyinin müəyyənləşdirilməsində iştirak etmək hüququ var. Suriyanın gələcək dövlət quruluşu, terrorizm və humanitar yardımla bağlı istənilən məsələ suriyalı kürdlərin iştirakı olmadan həll edilə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR