Putin: “Donbasda atəşkəsə nail olunub”

Putin: “Donbasda atəşkəsə nail olunub”
# 28 sentyabr 2015 22:23 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin Ukraynanın cənub-şərqində atəşkəsə nail olunduğunu bildirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın dövlət başçısı BMT-nin Baş Assambleyasındakı çıxışında deyib.

“Atəşkəsə nail olunub. Hazırda növbəti addımın atılması, Donbasda 100 mm-dən az çaplı silahların geri çəkilməsinə dair razılığa gəlmək lazımdır. Eyni zamanda, üç əsas istiqamət üzrə - siyasi nizamlama, təhlükəsizlik, iqtisadi-humanitar məsələləri üzrə işlər davam etdirilməlidir”, deyə V.Putin bildirib.

Putin həmçinin rəsmi Kiyev və separatçılar arasında birbaşa dialoqun qurulmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR