Сənubi Sudanda iki BMT sülhməramlısı ağır yaralanıb

Сənubi Sudanda iki BMT sülhməramlısı ağır yaralanıb
# 11 iyul 2016 02:51 (UTC +04:00)

Bakı-APA. İyulun 10-da Cənubi Sudanın paytaxtında iki BMT sülhməramlısı ağır yaralanıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Erve Ladsus bildirib.


Onların hansı ölkə vətəndaşı olması barədə məlumat verilmir. Bir gün əvvəl Cube şəhərində iki Çin sülhməramlısı yaralanıb. Bir sıra KİV-lər yaralananların sayının 7-yə çatdığını bildirsə də, bu, rəsmi şəkildə öz təsdiqini tapmayıb.


Bu gün BMT Təhlükəsizlik Şurası Cənubi Sudandakı vəziyyətlə bağlı təcili iclas keçirib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer BMT missiyasına hücum faktını təsdiqləyib, Сənubi Sudanda vəziyyətin nəzarətdən çıxdığını bildirib.

Cənubi Sudanın paytaxtı Cube şəhərində hökumət qoşunları ilə müxalifət arasında şiddətli döyüşlər davam edir. Son bir neçə gün ərzində ölənlərin sayı 272 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR