Dərbəndin azərbaycanlı icması hakimiyyət strukturlarında azərbaycanlıların daha çox təmsil olunması ilə bağlı müraciət qəbul edib

Dərbəndin azərbaycanlı icması hakimiyyət strukturlarında azərbaycanlıların daha çox təmsil olunması ilə bağlı müraciət qəbul edib
# 02 dekabr 2015 10:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Dərbənd şəhərinin azərbaycanlı icması hakimiyyət strukturlarında azərbaycanlıların az iştirak etməsi ilə bağlı müraciət qəbul edib.

APA-nın “Dagestan Post” saytına istinadən verdiyi məlumata görə, bir neçə gün təşkil edilən toplantıların yekununda onlar bələdiyyə, regional və federal hakimiyyətə müraciət qəbul ediblər. Müraciətdə Dağıstanda yaşayan azərbaycanlı əhalinin idarəçilik strukturlarında az təmsil olunması ilə bağlı narahatlıq ifadə edilir və 2000-ci illərdə pozulmuş kvotanın bərpa olunmasına çağırış edilir.

Onlar problemə məhəl qoyulmayacağı halda mədəni, idman, ədəbiyyat, dini, konsert tədbirlər daxil olmaqla istənilən kütləvi tədbirin keçirilməsi hüququnu özlərində saxladıqlarını, həmin tədbirlərdə bu problemi qaldıracaqlarını da bildiriblər.

Ümumrusiya Azərbaycan Konqresinin Dağıstan regional bölməsinin sədri Seyran Rəhimov APA-ya belə bir bəyanatın qəbul edilməsini təsdiqləyib. Onun sözlərinə görə, əsasən gənclərdən ibarət bir qrup azərbaycanlı Dağıstan rəhbərliyinə federal strukturlarda azərbaycanlıların sayının az olması il\ə bağlı narahatlıqlarını ifadə edən müraciət qəbul ediblər. Onun sözlərinə görə, bu müraciətin qəbul olunmasına səbəb Dərbənd şəhərinə yeni rəhbərin təyinatı ilə bağlıdır: " Strukturlar yenidən formlaşır. Yerli azərbaycanlılar arasından da yaxşı namizədlər var. Buna görə də belə bir müraciət qəbul olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR