Azərbaycanlı müəlliflərin kitabı Gürcüstanda çap olunub

Azərbaycanlı müəlliflərin kitabı Gürcüstanda çap olunub
# 23 avqust 2016 14:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, alim Məhərrəm Qasımlının (Orxan Paşa) “Yağmur qoxusu” şeirlər kitabı və xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı gürcü dilində çap olunub.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən APA-ya verilən məlumata görə, kitablar Tbilisidəki “Universal” nəşriyyatında işıq üzü görüb.

Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu bildirib ki, dünyanın bir neçə dilində C. Məmmədquluzadənin hekayələr kitabı işıq üzü görsə də, gürcü dilində ilk dəfə nəşr olunur.

Kitabın nəşr olunması ideyası və “Ön söz”ü akademik İsa Həbibbəyliyə məxsusdur.

Nəşrin redaktoru Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratiani, tərcüməçisi yazıçı Almaz Mirzəoğludur.

“Yağmur qoxusu” kitabında isə M.Qasımlının müxtəlif illərdə yazdığı müxtəlif mövzulu şeirləri yer alıb. S.Rüstəmxanlının “Ölüm zirvəsi” romanını isə gürcü dilinə tanınmış yazıçı, Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse-prezidenti Aleko Qabeliya tərcümə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR