AMEA-nın magistratura pilləsinə 2016-2017-ci tədris ili üçün qəbul planı açıqlanıb

AMEA-nın magistratura pilləsinə 2016-2017-ci tədris ili üçün qəbul planı açıqlanıb
# 04 fevral 2016 14:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək imtahanların qrafikini elan edib.

AMEA-dan APA-ya verilən xəbərə görə, magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq.

Məlumatda bildirilib ki, imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun, müsahibəsi isə 13, 14, 16, 17 iyun 2016-cı il tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR