Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bir il ötür

Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bir il ötür
# 30 sentyabr 2016 12:38 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bir il ötür.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 2015-ci il sentyabrın 30-da Rusiya Suriya prezidenti Bəşər Əsədin müraciəti əsasında bu ölkədə hərbi əməliyyatlara başlayıb.

Rusiya Suriyada hərbi əməliyyatlara başlayandan sonra terrorçuların mövqeyində ciddi şəkildə geriləmə olub. Bəzi yerlərdə terrorçuların resurs təminatı tamamilə kəsilib, silah və döyüş sursatlarının çatdırılması yolları bağlanıb.

Əməliyyatlar başlayandan bu günədək Suriya ərazisində terror fəaliyyəti ilə məşğul olan və əslən Rusiyadan olan 2 mindən çox şəxs öldürülüb. Onlardan 17 nəfər səhra komandiri olub. Rusiya aviasiyası tərəfindən terrorçuların nəzarətində olan 209 neft hasilatı obyektinə, eləcə də neft məhsullarının daşınması üçün nəzərdə tutulan 2912 vasitəyə aviazərbə endirilib. Qısa zaman kəsiyində ümumilikdə terrorçulara məxsus 1600-dən çox obyekt Rusiya aviasiyası tərəfindən məhv edilib.

Rusiya hərbi əməliyyatlarla paralel olaraq Suriyaya humanitar yardım edib. Bu ölkədə Rusiya tərəfindən yaradılan münaqişə tərəflərini barışıq Mərkəzi silahlı müxalifəti dəstəkləyən qruplar arasında döyüş fəaliyyətinin dayandırılması, atəşkəs yükünü öz üzərinə götürüb. Atəşkəsə artıq 660-dan çox yaşayış məntəqəsi, 70-ə yaxın qruplaşma qoşulub.

Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə Suriya hökumət qüvvələri onlarla yaşayış məntəqəsini terrorçulardan azad edib, Hələb şəhərini mühasirəyə alıb. Qədim tarixi abidələrlə zəngin Palmira şəhərinin işğaldan azad olunması da Rusiya aviasiyasının böyük uğuru olub.

Bu ilin mart ayında Rusiya prezidenti Vladimir Putin Rusiya Hərbi Kosmik Qüvvələri qoşunlarının böyük bir hissəsinin Suriyadan çıxarılması haqqında qərar verib. Lakin Rusiya aviasiyası bundan sonra da İŞİD, "Cəbhət ən-Nüsra" və digər terror qruplaşmalarının mövqelərini bombalamağa davam edib. Hazırda Hmeymim şəhərində Rusiya aviabazası, Tartusda isə Rusiya hərbi-dəniz donanmasının texniki təminat məntəqəsi fəaliyyət göstərir. Suriyada Rusiyanın "Pantsir" və "S-400" hava hücumundan müdafiə sistemləri döyüş növbəsi çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR