Gəncədə ər arvadını öldürüb, baldızına bıçaq xəsarətləri yetirib - YENİLƏNİB

Gəncədə ər arvadını öldürüb, baldızına bıçaq xəsarətləri yetirib - <span style="color: red;">YENİLƏNİB
# 17 avqust 2016 11:49 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə ər arvadını qətlə yetirib, baldızına isə bıçaq xəsarətləri yetirib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Cavad xan qəsəbəsində baş verən ailə münaqişəsi zəminində Ruslan adlı şəxs arvadı, 1986-ci il təvəllüdlü Məhəbbət Vəliyevanı və baldızı, 1988-ci il təvəllüdlü Naibə Vəliyevanı bıçaqlayıb.

Hər iki qadın xəstəxanaya çatdırılsa da, M. Vəliyevanı xilas etmək mümkün olmayıb.

Naibə Vəliyevaya tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

***

saat 13.03

Gəncə. Azər Məmmədli - APA. Gəncədə ər arvadını bıçaqlayaraq qətlə yetirib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəbbət Vəliyeva ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR