Azərbaycan gömrükçüləri Rusiya vətəndaşından külli miqdarda qızıl-zinət əşyası müsadirə edib

Azərbaycan gömrükçüləri Rusiya vətəndaşından külli miqdarda qızıl-zinət əşyası müsadirə edib
# 04 fevral 2016 09:23 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan gömrükçüləri külli miqdarda qızıl-zinət əşyalarının ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Moskva-Bakı aviareysinin sərnişini, Rusiya Federasiyasının vətəndaşı Patimat Kurbanovanın əl çantası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılarkən həmin çantada “Nebula”, “TİTAN” və “Guess” markalı cəmi 3 ədəd qol saatı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük aşkar olunub.

P. Kurbanovanın üzərində şəxsi yoxlama zamanı isə “TİTAN” markalı daha 2 ədəd qol saatı, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və üzərində ürək formalı kulon olan 1 ədəd qızıl boyunbağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR