"Toshiba" 6 mlrd. dollarlıq zərər proqnozlaşdırır

"Toshiba" 6 mlrd. dollarlıq zərər proqnozlaşdırır
# 04 fevral 2016 08:54 (UTC +04:00)

Bakı - APA-Economics. Yaponiyanın elektrik cihazlar istehsalçısı "Toshiba" cari maliyyə ilində 6 mlrd. dollarlıq zərər proqnozlaşdırır. "APA-Economics" BBC-yə istinadən xəbər verir ki, ötən maliyyə ilini konsern 4,6 mlrd. dollarlıq zərərlə başa vurub.

Xatırladaq ki, 2015-ci ildə "Toshiba" 10 min işçisinin ixtisar olunacağını bəyan edib. Bununla yanaşı, şirkət bəzi biznes sahələrində də islahatlar aparacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR