Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub
# 12 avqust 2016 16:17 (UTC +04:00)

Bakı-APA. Bakıda restoranda yanğın hadisəsi baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda vətəndaşa məxsus restoranının ərazisində ümumi sahəsi 190 kvadratmetr olan ikimərtəbəli 10 otaqlı binanın 2-ci mərtəbəsində qeydə alınıb.

2 otaq 20 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR