“Zenit” klubunun baş məşqçi meydanda dünyasını dəyişib

“Zenit” klubunun baş məşqçi meydanda dünyasını dəyişib
# 16 oktyabr 2015 09:13 (UTC +04:00)

Bakı – APA. Futbol meydanlarında növbəti ölüm faktı qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu dəfə faciə Rusiyada yaşanıb.

Penzanın “Zenit” klubunun baş məşqçisi Sergey Filippenkov veteranların oyunu zamanı dünyasını dəyişib. Onun ürəyi qarşılaşmanın sonuna 5 dəqiqə qalmış dayanıb. Hadisə “Zenit”lə “Penzqorstroyzakazçik”in veteranları arasında yoxlama oyunu zamanı baş verib.

Vaxtilə Moskva MOİK-ində çıxış etmiş 44 yaşlı veteran komandası 3:0 hesabı ilə öndə olarkən özünü pis hiss edərək, yerə yıxılıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, 2013-cü ildən “Zenit”də çalışan Filippenkov MOİK-də oynadığı vaxt Rusiya çempionatının gümüş və bürünc mükafatını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR