Azərbaycan “ADEX 2016” hərbi sərgisində 260-dan artıq məhsul nümayiş etdirəcək

Azərbaycan “ADEX 2016” hərbi sərgisində 260-dan artıq məhsul nümayiş etdirəcək
# 22 sentyabr 2016 11:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Müdafiə Sənayesi Nazirliyi qatıldığı ilk beynəlxalq sərgidə 27 məhsul təqdim etmişdi. “ADEX 2016” sərgisində isə 260-dan artıq məhsul nümayiş etdirəcəyik”.

APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib. O bildirib ki, "ADEX 2016" hərbi sərgisində açıq havada olan platformaların sahəsi daha da böyüyüb: “Sərgidə helikopterlər, qırıcılar nümayiş olunacaq”.



Nazir müavini sərgi zamanı bir sıra xarici şirkətlərlə müqavilə imzalanacağını da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR