Efiopiyada silahlıların hücumu nəticəsində 208 nəfər öldürülüb

Efiopiyada silahlıların hücumu nəticəsində 208 nəfər öldürülüb
# 17 aprel 2016 22:02 (UTC +04:00)

Bakı-APA. Efiopiyanın qərbində silahlıların hücumu nəticəsində 208 nəfər öldürülüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, insident Efiopiya-Sudan sərhədində yerləşən Qambela əyalətində qeydə alınıb.

Cənubi Sudandan gələn silahlılar, qadın və uşaqlar daxil olmaqla, dinc sakinlərə divan tutub. Efiopiya rəsmiləri həmçinin 108 uşağın və 2 min mal-qaranın oğurlandığını bildiriblər.

Bundan əvvəl, Efiopiya hərbçiləri tərəfindən 60 silahlının məhv edildiyinə dair məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR