Serqey Narışkin: “Qərbin yeni sanksiyalarına hazır olmalıyıq”

Serqey Narışkin: “Qərbin yeni sanksiyalarına hazır olmalıyıq”
# 15 sentyabr 2015 10:06 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Dumanın payız sessiyasının açılışı zamanı bildirib.

“Yeni sanksiyalarla gələn təhdidlər davam etməkdədir və bu təhdidlər beynəlxalq hüquq və qlobal iqtisadi inkişafın əsaslarını zəiflətməsinə baxmayaraq, səbəblərin olub-olmamasından asılı olmayaraq səsləndirilir”.


Bununla yanaşı S. Narışkin yeni təxribat hallarının və sanksiyaların rusiyalı diplomatların xarici həmkarları ilə dialoqa maneə olmayacağı da vurğulayıb.

“Biz əlaqələrimizi ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdirməkdə davam edəcəyik”, - deyə S. Narışkin bildirib.

Oktyabrın 1-də xarici parlamentarilərin Moskvada keçiriləcək 4-cü beynəlxalq parlament forumunda iştirak edəcəyini qeyd edən S. Narışkin ardınca rusiyalı parlamentarilərin ATƏT PA-nın regional təhlükəsizlik mövzusundakı sessiyada iştirakı ilə bağlı müzakirələrin aparılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR