İsmayıllıda etno-irs günləri keçirilib - FOTOSESSİYA

İsmayıllıda etno-irs günləri keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 28 sentyabr 2015 09:01 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 24-də tələbələrin iştirakı ilə İsmayıllıda start götürən Etno-İrs günləri ayın 27-də başa çatıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbirdə 100 nəfərə yaxın gənc aktyor, tələbə, İsmayıllı rayonunda fəaliyyət göstərən folklor qrupları və xalq sənətkarları iştirak edib.

Etno-irs günlərinin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.

Layihə çərçivəsində qonaqlar adət ənənələrimiz və mədəni irsimizlə yaxından tanış olublar.


Təqdir iştirakçılarını Dədə Qorqud qarşılayıb, qonaqlarla birgə bütün çadırların önündən keçib, onlar milli və tətbiqi sənət məhsulları, kəndirbaz və sehrbazların məharətləri, gənc aktyor və tələbələrin ifasında Azərbaycan xalqının qədim rəqslərini və xalq oyunlarını seyr edib, muğam və milli musiqilər dinləyiblər.

Festival zamanı yeməklərimizin hazırlanma qaydaları nümayiş olunub. Bununla yanaşı, qonaqlar milli mətbəximizin nümunələrinin dadına baxıblar.

Eyni zamanda, qonaqlara misgərlərin, zərgərlərin, xalçaçıların, dulusçuların, naqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri də təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR