İstanbuldan Bakıya "beşbarmaq" gətirən şəxs saxlanılıb

İstanbuldan Bakıya "beşbarmaq" gətirən şəxs saxlanılıb
# 15 sentyabr 2015 10:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Ruslan Məmmədov gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təkrar yoxlama zamanı sözügedən vətəndaşın çantasının içərisindən 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.

İlkin araşdırma zamanı R. Məmmədov izahatında bildirib ki, baqajından aşkar olunan 1 ədəd “beşbarmağ”ı Türkiyədən suvenir kimi alıb və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya kustar üsulla “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR