Bakı-APA. Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-da kişilərdən ibarət əsas milli komandamız Latviyaya qalib gəlib.
İkinci yığmamız Finlandiyanı, üçüncü millimiz isə Dominikan Respublikasını xalsız qoyub.
Turun ən çox maraq doğuran görüşündə Rusiya ABŞ-la heç-heçə oynayıb.
Qadınlardan ibarət əsas millimiz Çinə uduzub. İkinci komandamız Sinqapura qalib gələrkən, üçüncü yığmamız Peru ilə xalları yarı bölüb.